🇾🇪⚠️ BMT: Yəməndə döyüşlər səbəbindən iki gün ərzində 1790 ailə evini tərk edib.
▪️ Yəmənin cənub-qərbində yerləşən Taiz vilayətində son iki gün ərzində hökumət qüvvələri ilə “Ənsarullah” hərəkatı - husilər arasında döyüşlərin şiddətlənməsi səbəbindən 1790 ailə evini tərk etmək məcburiyyətində qalıb. Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.
▪️ Taiz və Hudeydə vilayətlərində şiddətli toqquşmalar davam edir. Ən intensiv döyüşlər Bab əl-Məndəb boğazı yaxınlığındakı cəbhənin bir neçə hissəsində gedir. Hər iki tərəfdən ölən və yaralananların olduğu bildirilir.
▪️ Yəmən ordusunun mətbuat mərkəzi qərb sahilində husilərin mövqelərinə, qüvvələrinin cəmləşdiyi ərazilərə və hərbi texnikasına 15-dən çox hava zərbəsi endirildiyini açıqlayıb. Anadolu bildirir ki, döyüşlər davam etdikcə ölənlərin və məcburi köçkünlərin sayı arta bilər.
#Yəmən #BMT #Taiz #husilər #BabƏlMəndəb

September 6, 2026 177