İsrail “Hizbullah”ın belini “qırdığını” bəyan edib. İsrail Müdafiə… — Alioglu_News🇦🇿 — TG.ME

🇮🇱🇱🇧 İsrail “Hizbullah”ın belini “qırdığını” bəyan edib.

İsrail Müdafiə Nazirliyi Livanın cənubundakı Əli əl-Tahar silsiləsində yeraltı kompleksin ələ keçirildiyini bildirib. “Hizbullah” döyüşçülərinin bir hissəsi məhv edilib, digərləri isə geri çəkilib.

Kompleksin daxilində İsrail hərbçiləri komanda məntəqələri, silah anbarları, generator otaqları, yaşayış sahələri, mətbəxlər və duşlar aşkarlayıblar. Bu infrastruktur döyüşçülərə uzun müddət yerin altında qalmağa və döyüş əməliyyatları aparmağa imkan verirdi.

İsrail yeraltı qurğuları məhv etməyi, eyni zamanda silsilədə möhkəmlənməyi planlaşdırır. İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, Əli əl-Taharın ələ keçirilməsi Livanın cənubundakı “təhlükəsizlik zonası”nda İsrail mövqelərinin möhkəmləndirilməsi mərhələsini tamamlayır.

Onun sözlərinə görə, yüksəklik üzərində nəzarət “Hizbullah”ın bu əraziyə yenidən daxil olmasını və İsrailə hücumlar üçün istifadə etməsini çətinləşdirməlidir. İsrail qüvvələri bu rayonu və yeraltı kompleksi yayın əvvəlindən ələ keçirməyə çalışırdı.

Bir gün əvvəl Reuters İranın İsrail Əli əl-Taharı ələ keçirəcəyi təqdirdə ABŞ-a genişmiqyaslı cavab barədə guya xəbərdarlıq etdiyini yazmışdı. Agentlik həmçinin yeraltı kompleksdə İslam İnqilabı Keşikçiləri Korpusunun 10-dan çox hərbçisinin ola biləcəyini bildirmişdi.

Lakin obyekt ələ keçirildikdən sonra bu məlumat təsdiqini tapmayıb. Material silsilənin ələ keçirilməsinin elanından dərhal əvvəl dərc olunmuşdu və belə təəssürat yaradırdı ki, İsrail İranın birbaşa cavab təhdidinə baxmayaraq əməliyyata başlayıb, cavab zərbəsinin olmaması isə Tehran üçün zəiflik kimi təqdim edilə bilərdi.

Versiyalardan birinə görə, İsrail kəşfiyyatı Netanyahu-nun siyasi mövqelərini gücləndirmək üçün İranın təhdidləri barədə Reuters-ə həqiqətə uyğun olmayan məlumat ötürmüş ola bilər. Baş nazirin “Likud” partiyasına dəstəyin seçkilər ərəfəsində azalması fonunda belə informasiya kampaniyası silsilənin ələ keçirilməsini İsrail rəhbərliyinin böyük qələbəsi kimi təqdim etməyə kömək edə bilərdi.

#İsrail #Livan #Hizbullah #İran #Netanyahu
September 5, 2026 231