ABŞ-da ultra zənginlər üçün nüvə bunkeri inşa edilib. “Kurort… — Alioglu_News🇦🇿 — TG.ME

🇺🇸🏗 ABŞ-da ultra zənginlər üçün nüvə bunkeri inşa edilib.

“Kurort səviyyəli hovuzu olan neçə nüvə bunkeri tanıyırsınız? Burada dəniz suyu ilə doldurulmuş və tamamilə kompüterlə idarə olunan hovuz var. Havanın temperaturu təxminən 27 dərəcə səviyyəsində saxlanılır. Bunlar isə bitki yetişdirmək üçün xüsusi lampalardır”.

“Çöldə müəyyən sahədə cəmi bir baş kahı yetişdirmək mümkündürsə, burada eyni sahədə 80 baş kahı yetişdirmək olar. Bu isə bizim həbsxanamızdır: kimsə barda dava-dalaş salmağa başlayarsa, ayılması üçün buraya göndərilir”.

Kompleksin sahibi və yaradıcısı Larri Holl bunkerdəki mənzilləri bir blok üçün 5 milyon dollara qədər qiymətə satır. Bundan əlavə, sahiblər texniki xidmət üçün hər il on minlərlə dollar ödəməli olurlar.

Kompleks saatda təxminən 3200 kilometr sürətlə hərəkət edən zərbə dalğasının təsirindən sonra belə tam fəaliyyət göstərə biləcək.

#ABŞ #Bunker #NüvəBunkeri #UltraZənginlər #Texnologiya
September 5, 2026 201