RBC-Ukrayna”-nın mənbəsinə görə, Rusiya Federasiyası ilə Ukrayna… — Alioglu_News🇦🇿 — TG.ME

🇺🇦🇷🇺 “RBC-Ukrayna”-nın mənbəsinə görə, Rusiya Federasiyası ilə Ukrayna arasında hava məkanında atəşkəs müzakirə olunur.

Ukrayna Prezident Ofisindəki mənbə təsdiqləyib ki, Kiyev diplomatik görüşlər zamanı hava məkanında mümkün atəşkəslə bağlı Rusiyanın cavabını gözləyir. Mənbənin sözlərinə görə, məhz havada atəşin dayandırılması məsələsi müzakirə edilib və ABŞ tərəfi bu mövzunu rusiyalılarla danışmalı idi.

“Bu, diplomatik görüşlər zamanı formalaşmış təcrübədir: biz onlara zərbə endirmirik, onlar da Ukraynaya zərbə vurmurlar və bu, müəyyən coğrafi və zaman çərçivəsində baş verir”, - deyə mənbə izah edib.

#Ukrayna #Rusiya #Atəşkəs #Danışıqlar #Müharibə
September 5, 2026 102