🇷🇺🇺🇦 “Məni asacaqlar”: Putin Donbası tam ələ keçirmədən müharibəni bitirməkdən ehtiyat edir və yeni səfərbərliyə hazırlaşır.
▪️ The Economist yazır ki, Vladimir Putin Ukraynaya qarşı müharibənin ən azı minimal məqsədə - bütün Donbasın ələ keçirilməsinə nail olmadan başa çatmasının onun şəxsi təhlükəsizliyi üçün təhdid yarada biləcəyini düşünür. Nəşrin məlumatına görə, Putin yaxın çevrəsindən bir neçə nəfərə “Məni asacaqlar” deyib.
▪️ Kremldə cəmiyyətin müharibə ilə bağlı səssiz razılığının aradan qalxmasından da narahatdırlar. “Levada Mərkəzi”nin məlumatına görə, rusiyalıların 57%-i ölkədəki vəziyyəti gərgin hesab edir və bunu müharibə, itkilər, səfərbərlik, pilotsuz uçuş aparatlarının hücumları və gələcəklə bağlı aydın mənzərənin olmaması ilə əlaqələndirir. Elita daxilində əhval-ruhiyyə daha da bədbindir. Nəşrin həmsöhbətlərindən biri bildirib: “Çarın çılpaq olduğu hissi getdikcə güclənir”.
▪️ The Economist-in mənbələrinin məlumatına görə, cəbhədə yaranmış dalan və artan narazılıq fonunda Putin eskalasiyaya getmək qərarına gəlib. Söhbət Ukraynaya zərbələrin gücləndirilməsindən və daha 300-400 min nəfərin səfərbər edilməsindən gedir. Onların regional hakimiyyət orqanlarının təzyiqi ilə də orduya cəlb oluna biləcəyi bildirilir.
#Rusiya #Ukrayna #Putin #Donbas #Səfərbərlik

September 1, 2026 66 1