SAMT" MMC-də "Mühafizəçi" vakansiyası mövcuddur. 📍 İş yeri: Sumqayıt… — Edumap.az - Vakansiyalar, Təcrübə Proqramları və s. — TG.ME

"SAMT" MMC-də "Mühafizəçi" vakansiyası mövcuddur.

📍 İş yeri: Sumqayıt / Xızı

🔹 Əsas öhdəliklər:
• Müəssisədə giriş-çıxış rejiminə nəzarət etmək və əraziyə yalnız səlahiyyətli şəxslərin daxil olmasını təmin etmək;
• Növbənin təhvil-təslimi zamanı mühafizə olunan əraziyə baxış keçirmək və mövcud vəziyyəti yoxlamaq;
• Təyin edilmiş ərazidə mütəmadi patrul xidməti həyata keçirmək, təhlükəsizlik risklərini aşkar etmək və operativ tədbirlər görmək;
• Ziyarətçilərin, podratçıların, nəqliyyat vasitələrinin və materialların giriş-çıxışını qeydiyyata almaq;
• Fövqəladə hallarda təhlükəsizlik prosedurlarına uyğun operativ reaksiya vermək və rəhbərliyi dərhal məlumatlandırmaq;
• Növbə təhvil-təslim prosesini düzgün icra etmək və müvafiq qeydləri aparmaq.

🔹 Tələblər:
• Tam orta təhsil;
• Boy minimum 175 sm;
• "B" kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlük hesab olunur;
• Təhlükəsizlik və ya mühafizə sahəsində minimum 1–3 il iş təcrübəsi (istehsalat və ya zavod mühitində təcrübəyə üstünlük verilir);
• Fiziki təhlükəsizlik, giriş-çıxış rejimi və fövqəladə hallara operativ reaksiya üzrə praktiki təcrübə;
• Fiziki hazırlıq normativlərini yerinə yetirmək bacarığı;
• Giriş nəzarət sistemləri, CCTV və təhlükəsizlik prosedurları üzrə biliklər;
• Diqqətlilik, məsuliyyətlilik, yüksək müşahidə qabiliyyəti və komanda ilə işləmək bacarığı.

🔹 Şirkət tərəfindən verilən imtiyazlar:
• Nahar;
• Könüllü tibbi sığorta;
• Servis nəqliyyatı.

📩 Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühafizəçi” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
September 4, 2026 620