📄Ruby Proqramlaşdırma Dili; Ruby, 1995-ci ildə yapon proqramçı Yukihiro "Matz" Matsumoto tərəfindən yaradılmış dinamik və obyekt yönümlü bir proqramlaşdırma dilidir. Ruby, oxunaqlılığı və asan öyrənilməsi ilə tanınır. 📍Ruby-nin Əsas Xüsusiyyətləri; 1⃣.Obyekt Yönümlü Proqramlaşdırma (OOP): Ruby'də hər şey bir obyekt olaraq qəbul edilir ki, bu da kodun modulyar və yenidən istifadə edilə bilən olmasını təmin edir. 2⃣.Dinamik Yazım: Data tiplərini göstərmədən dəyişənləri təyin etmək mümkündür və bu da proqramlaşdırma prosesini sürətləndirir. 3⃣.Oxunaqlılıq: Ruby'nin cümlə strukturu sadə və anlaşıqlıdır, bu da proqramçıların kodu asanlıqla başa düşməsinə kömək edir. 4⃣.Standart Kitabxana: Ruby, bir çox əsas funksiyanı yerinə yetirən geniş bir kitabxanaya malikdir. 5⃣.Proqramçı rahatlığı: Açıq və izah edici "error" mesajları ilə kodlardakı problemləri daha tez həll etmək olur. 📍Ruby'nin Üstünlükləri; 💥.Asan Öyrənilməsi : Ruby'nin sadə strukturu, onu yeni başlayanlar üçün ideal bir dil edir. 📈.Sürətli İnkişafı: Sadə quruluşu sayəsində layihələr tez həyata keçirilə bilər. 👨👩👦.Geniş İcma Dəstəyi: Ruby'nin aktiv bir icması var və bu icma müxtəlif kitabxanalar, alətlər və sənədlərlə dili dəstəkləyir. ♨️.Ruby on Rails: Ruby on Rails, veb tətbiqlərinin hazırlanmasında ən populyar çərçivələrdən biridir və Ruby'nin istifadəsini genişləndirmişdir. 📍Ruby'dən harda istifadə oluna bilər? 🌐.Web İnkişafında. 📥.Məlumat Emalı və onların avtomatlaşdırmasında. 🔰.Komanda Alətlərində. ♻️.Test Proseslərinin Avtomatlaşdırılmasında. 🌀.Bundan əlavə Ruby Backend'də çox yayğın bir proqramlaşdırma dilidir. By ~ @kwashuu 🧊 Kanal → @Mollopus Müzakirə → @Mollopuschat
Ruby Proqramlaşdırma Dili; Ruby, 1995-ci ildə yapon proqramçı… — Cybernetics</> — TG.ME
August 30, 2024 489 15