📄Ransomware: Təhlükələr, Təsirlər və Qorunma Methodları. 🔰Bu məqalədə, ransomware'ın nə olduğunu, necə işlədiyini, təsirlərini və bu cür hücumlardan qorunma üsullarını öyrənəcəyik. 📍Ransomware Nədir? Ransomware, təhlükəli proqramlar qrupunun bir növüdür. Bir cihazın fayllarını şifrələyərək və ya əlçatmaz hala gətirərək, istifadəçilərin məlumatlarını geri almaq üçün fidyə ödəməyə məcbur edir. Fidyə adətən kriptovalyutalar ilə tələb olunur, çünki bu üsul anonimliyi təmin edir. 📍Ransomware Növləri; 💳Crypto Ransomware: Faylları şifrələyir və istifadəçilərin bu fayllara girişini məhdudlaşdırır. Şifrələnmiş fayllar adətən təsadüfi bir fayl uzantısı ilə dəyişdirilir. Məsələn, WannaCry və CryptoLocker. 🔑Locker Ransomware: İstifadəçinin kompüterini və ya mobil cihazını kilidləyir və girişini məhdudlaşdırır. Bu növ, istifadəçini ekranında fidyə mesajı ilə qarşılayır. Məsələn Police ransomware və Winlocker. 📍Qorunma Methodları: ♻️Proqram yenilənmələri: Əməliyyat sisteminizi və proqramlarınızı müntəzəm olaraq yeniləyin. 🧬Antivirus və Təhlükəsizlik Proqramları: Güvənilir bir antivirus proqramı istifadə edin. ❗️Məlumatlı olmaq: İşçiləri və ya istifadəçiləri phishing hücumları və digər sosial mühəndislik metodlarına qarşı maarifləndirin. 📤Yedəkləmə: Məlumatlarınızı müntəzəm olaraq yedəkləyin və yedəkləri təhlükəsiz bir şəkildə saxlayın. ⚡️İnternet Təhlükəsizliyi: Şübhəli bağlantılardan və e-poçt əlavələrindən çəkinin. Tanımadığınız mənbələrdən proqram endirməməyə diqqət edin. By ~ @kwashuu 🧊 Kanal → @Mollopus Müzakirə → @Mollopuschat
Ransomware: Təhlükələr, Təsirlər və Qorunma Methodları. 🔰Bu… — Cybernetics</> — TG.ME
August 21, 2024 472 16