Bu məqalədə, spyware-in nə olduğunu, necə işlədiyini və ondan qorunma… — Cybernetics</> — TG.ME

📄Bu məqalədə, spyware-in nə olduğunu, necə işlədiyini və ondan qorunma yollarını daha yaxından araşdıracağıq. 📍Spyware Nədir? Spyware, adından da göründüyü kimi "casus proqram"dır. Bu proqram, kompüterinizə və ya mobil cihazınıza  siz fərqində olmadan sızır və arxa planda sizdən məlumat toplayır. 📍Spyware necə işləyir? Spyware, kompüterinizə bulaşmaq üçün müxtəlif yollar istifadə edir. Saxta e-poçt əlavələri, şübhəli bağlantılar və ya zərərli veb saytlar bu yolların başında gəlir. Proqram cihazınıza bir dəfə sızdıqdan sonra hiss edilməyəcək qədər sakit işləyir. İnternetdə etdiyiniz hərəkətləri izləyir, klaviaturanızda yazdığınız hər bir hərfi qeydə alır və hətta ekran görüntüləri çəkə bilir. Bütün bu məlumatlar uzaqdakı bir serverə göndərilir və onlar üçüncü şəxslər tərəfindən istifadə edilir. 📍Spyware Növləri Spyware müxtəlif məqsədlərə xidmət edən bir neçə növdə olur.Bəzi Spyware növləri: 1⃣.Adware: Sizi reklamlarla bombalayır. İnternetdə gəzişmə vərdişlərinizi izləyir və buna uyğun reklamlar göstərir. 2⃣.Keylogger: Klaviaturada basdığınız hər bir düyməni qeydə alır. Bu proqram, şifrələrinizi və digər həssas məlumatlarınızı oğurlamaq üçün geniş istifadə olunur. 3⃣.System Monitors: Kompüterinizdəki bütün fəaliyyətləri izləyir və qeydə alır. Ziyarət etdiyiniz saytlar, açdığınız proqramlar və göndərdiyiniz e-poçtlar bu proqram tərəfindən izlənilir. 4⃣.Trojan-Based Spyware: Zərərsiz kimi görünən bir tətbiq və ya fayl içərisində gizlənən bu proqram, arxa planda məlumatlarınızı oğurlayır. 📍Spyware-in Zərərləri 🔰Məxfilik Pozuntusu. 🔰Maliyyə Zərərləri 🔰Performans Problemləri 📍Spyware'dən necə qorunmaq olar? 🧬Antivirus Proqramı: Etibarlı bir antivirus proqramı istifadə edərək, spyware-i aşkar edə və sisteminizdən təmizləyə bilərsiniz. ♨️Firewall: Firewall istifadə etmək, spyware-in internet üzərindən məlumat göndərməsini maneə törədə bilər. ❗Diqqətli Olun: Naməlum e-poçt əlavələrinə tıklamaqdan çəkinin, şübhəli veb saytlarına girməyin və yalnız etibarlı mənbələrdən proqramlar yükləyin. ♻️Proqram Yeniləmələri: Əməliyyat sisteminizi və digər proqramlarınızı yeniləyərək, təhlükəsizlik zəifliklərindən istifadə olunmasını qarşısını ala bilərsiniz. 🎗Məlumatlı olmaq: Özünüzü və ətrafınızdakılara spyware və digər rəqəmsal təhdidlər haqqında məlumatlandırmaq ən effektiv qorunma yollarından biridir. ‼️Məqalə öyrətmək xarakterli yazılıb.Burda yazılanları şəxsi məqsədləriniz üçün istifadə etməyin! Heç bir şəkildə məsuliyyət daşımırıq.‼️ By ~ @kwashuu 🧊 Kanal → @Mollopus Müzakirə → @Mollopuschat

August 18, 2024 440 12 2