💠Trojan, və ya digər adı ilə Truva Atı, kibertəhlükəsizlik sahəsində ən geniş yayılmış və təhlükəli zərərli proqramlardan biridir. 📍Trojan'ın Əsas İş Prinsipi; Trojan adətən tətbiq, oyun, sənəd və ya başqa bir faydalı proqram kimi özünü təqdim edir. İstifadəçi bu proqramı endirib işlətdikdə, Trojan gizli şəkildə sistemdəki təhlükəsizlik boşluqlarından istifadə edərək zərər verməyə başlayır. Trojan'ın əsas gücü, istifadəçidən xəbərsiz şəkildə sistemə yerləşməsində və orada qalmasındadır. Bu da hücum edənlərin sistemə uzunmüddətli və gizli şəkildə çıxış təmin etməsinə imkan verir. 📍Trojan'ın Növləri; Trojan'lar müxtəlif məqsədlər üçün istifadə edilən fərqli növlərə malikdir: 1⃣.Backdoor Trojan: Hücum edənə qurbanın kompüterinə uzaqdan çıxış və nəzarət etmə imkanı verir. 2⃣.Downloader Trojan: Başqa zərərli proqramları endirmək və işlətmək üçün nəzərdə tutulmuş Trojan'lardır. 3⃣.Rootkit Trojan: Kompüterin sistem fayllarına dərin şəkildə yerləşərək zərərli əməliyyatları və öz varlığını gizlətməyi məqsədləyir. Bu tip Trojan'lar adətən sistemin əməliyyat sistemi ilə birləşir və buna görə də aşkar olunması çətin olur. 4⃣.Banker Trojan: Bankçılıq və maliyyə məlumatlarını hədəf alan bir Trojan növüdür. Bu Trojan, onlayn bankçılıq məlumatlarını oğurlamaq üçün nəzərdə tutulub. 5⃣.Ransom Trojan: Kompüterdəki faylları şifrələyərək əlçatmaz hala gətirir və bu faylları geri qaytarmaq üçün qurbandan fidyə tələb edir. Bu tip Trojan'lar fidyə proqramı (ransomware) kimi də tanınır. 📍Trojan'lardan qorunma üsulları; 🔰Etibarlı Mənbələrdən Proqramların Yüklənməsi 🔰Antivirus Proqramlarından İstifadə 🔰Güncəlləmələrin Vaxtında Edilməsi 🔰Güclü Şifrələrdən İstifadə ‼️Məqalə öyrətmək xarakterli yazılıb.Burda yazılanları şəxsi məqsədləriniz üçün istifadə etməyin! Heç bir şəkildə məsuliyyət daşımırıq.‼️ By ~ @kwashuu 🧊 Kanal → @Mollopus Müzakirə → @Mollopuschat
3
2
2
1