Bunu İran Prezidenti Məsud Pezeşkian IRIB-yə müsahibəsində deyib.
"Hazırda başda Azərbaycan olmaqla, Səudiyyə Ərəbistanı, Türkiyə, BƏƏ, Qətər, Oman, Misir və Türkmənistanla əlaqələrimizi yeni səviyyəyə qaldırmaq və mühüm sazişlər imzalamaq üçün tamamilə əlverişli zəmin yaranıb", - o bildirib.
Pezeşkianın sözlərinə görə, güc dilində danışmaq heç bir nəticə vermir: "Çünki qarşı tərəf də buna eyni şəkildə cavab verir. Biz regionda dialoq və mehriban qonşuluq siyasətinə üstünlük veririk".
@bakutvxeber

