Oqtay Əfəndiyev və Namiq Musalının fikrincə, mənbələrdə "Adam əti yemək ifadəsi" məcazi mənalarda işlənmişdir. (Tarix-i aləmara-yi Abbasi. C.I, Bakı, 2009, s.90)
"Aləmara-yi Səfəvi" əsərində lorlara qarşı aparılan döyüşün nəticələri barəsində Şah İsmayıla məlumat verərkən Həsən bəy Halvaçıoğlu belə deyir: "Əvvəl bizi kabab elədilər və bizdən 500 nəfərin daşla vurub beynini dağıtdılar" (Aləmara-yi Səfəvi. Tehran, 1350, s. 132).
Mehman Süleymanov yazır: "Burada heç də söhbət insanların kabab edilməsindən getmir. Sadəcə olaraq, baş verən hadisənin şiddətinin və ya gərginliyinin çatdırılması üçün belə ifadələrdən istifadə olunmuşdur." (Mehman Süleymanov, Şah İsmayıl Səfəvi, səh: 743)
Tarixçi Zəbihullah Mənsuri bu mövzu ilə bağlı fikrini belə ifadə edir: "Lakin biz heç bir tarixdə bu məsələ (Qızılbaşların adam əti yeməsi - müəllif) ilə rastlaşmamışıq." (Eşton Metz, Con Bark. Şah-e cəng-e iraniyan dər Çaldıran və yunan. Tehran, 1363, s. 423)

