🔻 İranın Kəşfiyyat Nazirliyi Sistan və Bəlucistan əyalətində ABŞ və İsraillə əlaqəli olduğu bildirilən 3 təşkilatlanmış terror hüceyrəsinin zərərsizləşdirildiyini açıqlayıb.
💥 Əməliyyat zamanı 3 terrorçu öldürülüb, 9 nəfər saxlanılıb.
🔹 Nazirliyin məlumatına görə, saxlanılan şəxslər xaricdə hərbi hazırlıq, partlayıcıların hazırlanması və sui-qəsd təlimləri keçiblər.
🔫 Əməliyyat zamanı külli miqdarda silah-sursat, həmçinin İrana qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilən yüngül və orta çaplı silahların gizli anbarı aşkarlanıb.
