Ruhi Çenetin sənədli filmi ABŞ-da böyük müzakirə yaratdı… — 𝐀𝐙𝐏𝐔𝐋𝐒𝐄 — TG.ME

Ruhi Çenetin sənədli filmi ABŞ-da böyük müzakirə yaratdı: “Vergilərimiz hara gedir?”

Ruhi Çenetin Nyu-Yorkda yaşayan Ultra-Ortodoks (Hasidik) yəhudi icmasını əks etdirən sənədli filmindən sonra ABŞ-da, xüsusilə sosial mediada geniş müzakirələr başladı.

İcmanın dövlət dəstəyi və sosial yardımlardan yararlanması bir çox amerikalıda “Vergilərimiz ədalətli bölüşdürülürmü?” sualını doğurdu. Digər tərəfdən, uşaqların riyaziyyat, elm və ingilis dili kimi dünyəvi fənlərdən uzaq, əsasən dini təhsil alması uşaq hüquqları və bərabər imkanlar baxımından tənqid edildi.

Sənədli film həmçinin milyonlarla amerikalıda ölkənin mərkəzində yaşayan, lakin xarici dünyadan böyük ölçüdə təcrid olunmuş bu icmanın həyat tərzinə qarşı maraq və təəccüb yaradıb.
🔥2👍1
September 7, 2026 231