Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün əlavə imtahan keçirilib.
İmtahan 9-cu və 11-ci sinif şagirdləri, eksternat qaydasında imtahan verənlər və Azərbaycan dili imtahanında iştirak edə bilməyənlər üçün təşkil olunub.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində keçirilib.
Nəticələrin 5 gün ərzində elan olunacağı bildirilib.