Niderland vətəndaşı avqustun 29-da səhər saatlarında Şəki rayonunun… — Azerbaijan Deep Web — TG.ME

📍Niderland vətəndaşı avqustun 29-da səhər saatlarında Şəki rayonunun dağlıq ərazisində piyada yürüşə çıxıb.

“Baş Zəyzid kəndinin Çələngi yaylağı istiqamətində hərəkət edən turist itlərin hücumuna məruz qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ağır yaralı şəxsin təxliyəsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanlığının helikopteri ilə dərhal əraziyə Dövlət Sərhəd Xidmətinin tibb heyəti və xilasetmə qrupu göndərilmişdir.

Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, qaranlıq hava şəraitində, çətin dağlıq relyefdə həyata keçirilən təxirəsalınmaz xilasetmə əməliyyatı nəticəsində  başından və bədənindən çoxsaylı açıq yara xəsarətləri alan, köməksiz vəziyyətdə qalan Niderland vətəndaşına DSX-nin tibb heyəti tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilmiş və operativ şəkildə helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq təcili əməliyyat olunub”
❤5🤔1
August 30, 2026 3.4K 2 4