Sual (480): Mən Hənəfi məzhəbinə mənsubam və əsr namazını İmam Əbu Hənifənin rəyinə əsasən ikinci vaxtda əda edirəm. Lakin bəzən məsciddə olarkən camaat əsr namazını ilk vaxtda qılır. Məsciddə olduğum zaman İmam Muhəmməd və İmam Əbu Yusifin görüşünə əməl etməməyim icazəlidirmi?
Cavab (480): Hənəfi məzhəbində hər iki rəy tərcih olunan mötəbər görüşdür, yəni onların heç biri zəif sayılmır. Lakin İmam Əbu Hənifənin görüşü daha qüvvətli və ehtiyata daha uyğundur. Hənəfi məzhəbini təqlid edən bu rəylərdən hər hansı birini seçib ona əməl edə bilər.
Əllamə Şeyx Nidal əl-Hənəfi
9
1
1August 15, 2026 359 1