Talışların Azərbaycandakı vəziyyətindən bəhs edən kitab Almaniyada… — Talysh International TV — TG.ME

Talysh International TVPhoto
🔴Talışların Azərbaycandakı vəziyyətindən bəhs edən kitab Almaniyada nəşr olunub

Hüquqşünas, beynəlxalq hüquq üzrə tədqiqatçı və professor Dr. Əhməd Kazeminin müəllifi olduğu “Azərbaycan Respublikasında azlıqların vəziyyəti beynəlxalq hüquq baxımından” kitabı Almaniyada ingilis dilində çapdan çıxıb.

Kitab Avropa Talışlar İttifaqı (Union of European Talysh) tərəfindən ingilis dilinə tərcümə edilərək nəşr olunub.
Əsərdə Azərbaycanda azlıqların, xüsusilə talışların vəziyyəti beynəlxalq hüquq baxımından araşdırılır. Kitabda talışların milli kimlik, dil və mədəniyyət hüquqları, eləcə də azlıqların hüquqlarının qorunması ilə bağlı məsələlər təhlil edilir.

Avropa Talışlar İttifaqının sədri və həm də TMMR-in mühacirətdə olan prezidenti Boris Talışinski bildirib ki, nəşrin əsas məqsədlərindən biri talış xalqının hüquqları, dili, mədəniyyəti və milli kimliyi ilə bağlı məsələlərin beynəlxalq hüquq və insan hüquqları çərçivəsində Avropa ictimaiyyətinə və beynəlxalq institutlara daha geniş şəkildə təqdim edilməsidir.

https://t.me/TalyshTV
Telegram
Talysh International TV
Həmmə Tolışə xəlği sədo YouTube, Instagram, and more 👇 https://linktr.ee/talyshtv
❤7👎1👏1
September 4, 2026 52