1⃣ - Bazar Ertəsi Gününün Zikrləri.
📿 Ya Qaziyəl-hacət (100 dəfə).
Mənası (Ey istəkləri yerinə yetirən, arzuları çin edən)
- یا قاضِیَ الْحاجات
📿 Subhanəllahi vəl-həmdu lilləh (1000 dəfə).
Mənası (Allah pak və təmizdir, həmd olsun Allaha)
- سبحان الله و الحمدلله
📿 Əl-Aziz (100 dəfə)
Mənası (Əziz, ləyaqətli)
- العزيز
🌸 O kəslər ki, Allahın adı çəkiləndə (zikr ediləndə) qəlbləri (qorxudan) titrəyər, üz verən müsibətlərə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər 🌸
Həcc surəsi,ayə35
Bazar ertəsinin duası
Bağışlayan və Mehriban Allahın adı ilə🤲🏻
Həmd-səna göyləri və yeri yaradanda kimsəni şahid göstərməmiş, canlıları xəlq edəndə özünə köməkçi tutmamış Allaha məxsusdur; məbudluğunda şəriki yoxdur, birliyində kömək göstərilməz, Onun vəsfində dillər laldır, Onun zatını tanımaqda ağıllar acizdir, günahkarlar Onun heybəti qarşısında əyilmiş, çöhrələr Onun qorxusundan şaşırmış, bütün böyüklüklər Onun əzəməti önündə ram olmuşdur. Beləcə, davamlı, möhkəm həmd-sənalar Sənə məxsusdur (ya Rəbb)! Sənin əbədi və davamlı salamın olsun Peyğəmbərinə! Allahım, bu günümün başlanğıcını xeyir, ortasını qurtuluş və sonunu kama çatmaq qərar ver! Başlanğıcı qorxu, ortası taqətsizlik və sonu ağrı olan gündən Sənə sığınıram. Allahım, öhdəmə götürdüyüm, amma yerinə yetirmədiyim hər nəzirə, hər vədə, hər əhd-peymana, bəndələrinin haqlarına görə Səndən bağışlanma diləyirəm, bəndə və kənizlərindən öhdəmdə haqqı olan və canına, şəxsiyyətinə, malına, ailə-övladına zülm-sitəm qıldığım, qeybətini etdiyim, azğın nəfsə, riya və təəssübə görə yükünü ağırlaşdırdığım, haqqını qaytara bilmədiyim, halallıq ala bilmədiklərimin hər biri uzaqda ola, ya yaxında, sağ ola, ya ölmüş – ey diləklər sahibi, Sənin istəyinlə arzular yerinə yetər! Salam yetir Məhəmməd və onun Əhli-beytinə! Onu istədiyin şəkildə məndən razı sal və mənə mərhəmət əta et ki, bağışlamaq Səndən əskiltməz, əfv Sənə zərər vurmaz, ey mehribanların mehribanı! Ya Rəbb, hər bazar ertəsi mənə iki nemət əta et: günün əvvəlində əmrlərinə itaət vasitəsilə xoşbəxtlik və günün sonunda bağışlanma və əfv, ey yeganə məbud! Ondan savayı günahları bağışlayacaq kəs yoxdur!
📚Məfatihul Cinan
Bazar ertəsi gününün namazı
İmam Həsən Əsgəridən (ə) nəql olunmuşdur ki, “Düşənbə günü” 10 rəkət namaz qılıb,onun hər rəkətində “Həmd” surəsini və 10 dəfə “İxlas” surəsini oxuyan şəxsə Allah-Təala qiyamət günü elə bir nur verər ki,muqəfi işıqlandırar və o gündə məxluqların hamısı ona qibtə edər
🔴Qeyd: Zəhmət olmasa, mətni götürəndə olduğu kimi istinad edin ©@SubhanAllah_313
Forwarded fromƏn Gözəl Dualar😍🤲🏻
19
11
1August 12, 2024 11.4K 15