Tupakın qətli: 30 ildən sonra Keefe D təqsirli bilindi ABŞ-də… — Mitofilm — TG.ME

Tupakın qətli: 30 ildən sonra Keefe D təqsirli bilindi ABŞ-də andlılar məhkəməsi Duane Davis kimi tanınan Keefe D-ni (Keffi Di) reper Tupak Şakurun qətlində təqsirli bilib. O, silah tətbiq etməklə birinci dərəcəli qəsdən adam öldürməkdə təqsirli hesab olunub. İttiham tərəfinin versiyasına görə, Devis özü atəş açmasa da, Şakura atəş açılması əmrini məhz o verib. Onu şərti vaxtından əvvəl azadlığa buraxılma hüququ olmadan ömürlük həbs cəzası gözləyə bilər. Tupak 7 sentyabr 1996-cı ildə Las-Veqasda ağır güllə yarası alıb. O, bir neçə gün sonra vəfat edib. Devis daha əvvəl reperə atəş açılan avtomobildə olduğunu özü də bildirmişdi. Müxtəlif vaxtlarda qətlin sifarişçisi kimi rep sənayesinin ayrı-ayrı nümayəndələrinin adları hallandırılıb. Xüsusilə, hazırda insan alveri ilə bağlı cinayətlərə görə cəza çəkən reper P. Diddinin bu işdə mümkün iştirakı müzakirə olunub.

September 1, 2026 1.5K