Bu gün Ramazan ayının son cümə günü Beynəlxalq "Qüds Günü" kimi qeyd edilir.
"AzadBaki" İnformasiya Agentliyi İran mediasına istinadən xəbər verir ki, hazırda İranda Beynəlxalq Qüds Günü ilə əlaqədar bir çox əyalətlərdə kütləvi yürüşlər keçirilir. Yürüşdə İran prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və digər yüksək rütbəli rəsmilər də iştirak ediblər.
Qeyd edək ki, Beynəlxalq Qüds Günü “Fələstinin müstəqillik uğrunda mübarizəsi ilə həmrəylik günü”dür. 1979-cu ildə Ayətullah Xomeyni tərəfindən təsis edilib. Ramazan ayının sonuncu cümə günü qeyd olunur.
19
1March 28, 2025 2K 6 2